Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib - YENİLƏNİB

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib - YENİLƏNİB Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Bavariya"sı ilə qarşılaşacaq
Futbol
11 Dekabr , 2017 15:15
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib - YENİLƏNİB

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. 

“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirində rəqiblər müəyyənləşib. 

1/8 final 

"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) 

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real Madrid” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) -  "Barselona" (İspaniya) 

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)


*** 07:20

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.

G qrupunun lideri kimi mərhələ adlayan "qara qartallar" "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdir ki, Şenol Günəşin baş məşqçisi olduğu kollektiv daha aşağı reytinqlilərdən ibarət "səpələnməmişlər" səbətindəki komandalardan biri ilə üz-üzə gələcək. "Qarabağ"ın mübarizəni dayandırdığı C qrupundan İtaliya "Roma"sı "səpələnmişlər", İngiltərənin "Çelsi" komandası isə "səpələnməmişlər" sırasında olacaq.

Qaydalara əsasən, 1/8 final mərhələsində eyni ölkənin iki komandası bir-biri ilə üz-üzə gələ bilməz. Qrup qalibləri isə ilk görüşünü 13-14 fevralda və ya 20-21 fevralda səfərdə, cavab oyununu isə 6-7 martda və ya 13-14 martda evdə keçirməlidir.

"Səpələnmişlər": "Mançester Yunayted" (İngiltərə), PSJ (Fransa), "Roma" (İtaliya), "Barselona" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Tottenhem" (İngiltərə)

"Səpələnməmişlər": "Bazel" (İsveçrə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Portu" (Portuqaliya), "Real Madrid" (İspaniya)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi