Çempionlar Liqasında V tura yekun vurulub - VİDEO

Çempionlar Liqasında V tura yekun vurulub - VİDEO Oyunlar "A", "B", "C" və "D" qruplarında keçirilib
Futbol
24 Noyabr , 2016 01:53
Çempionlar Liqasında V tura yekun vurulub - VİDEO

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report" xəbər verir ki, oyunlar "A", "B", "C" və "D" qruplarında keçirilib.

Artıq formal xarakter daşıyan "A" qrupundakı oyunların hər ikisində qalib müəyyənləşməyib.

"B" qrupunda Türkiyənin "Beşiktaş" klubu Portuqaliya "Benfika"sı ilə ev matçında inanılmaz əzmkarlıq göstərib. "Qara qartal" hesabda 0:3 geridə olduğu matçda 3 qol vuraraq qarşılaşmanı xilas edə bilib. İtaliyada keçirilən digər matçda da bərabərlik qeydə alınıb. Bu qrupda hələ də heç bir komanda 1/8 finala vəsiqə qazanmayıb və "Benfika", "Napoli", "Beiktaş"dan kimin kənarda qalacağı son turda bilinəcək.

"C" qrupunun lideri olan İspaniya "Barselona"sı "Seltik"i səfərdə Lionel Messinin dublu sayəsində məğlub edib. Bununla da Kataloniya təmsilçisi həm 1/8 finala çıxıb, həm də buna qrup lideri kimi nail olub. Onun ən yaxın izləyicisi "Mançester Siti" isə səfərdə xal itirib. Ancaq bu 1 xal da Xosep Qvardiolanın komandasına 1/8 finala çıxmağa bəs edib. Çünki Mançester təmsilçisi şəxsi oyunlara görə almanlardan üstün olublar.

"D" qrupunda da oyunlar yalnız lideri və Avropa Liqasına gedəcək komandanı müəyyənləşdirmək əhəmiyyəti daşıyıb. İspaniyanın "Atletiko" klubu yüzfazilik seriyasını davam etdirən yeganə komanda olaraq qalır və lider kimi 1/8 finala çıxıb. Almaniyanın "Bavariya" klubu gözlənilmədən səfərdə "Rostov"a uduzduğundan 1-ci olmaq şansını itirib. Bu qələbə Rusiyanın debütant təmsilçisinin Avropa Liqasının 1/16 finalına çıxmaq şansını artırıb.

"A" qrupu

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə) - 0:0

23:45. "Arsenal" (İngiltərə) - PSJ (Fransa) - 2:2

Qollar: David Jiru, 45+1, Marko Verratti, 60-öz qapısına - Edison Kavani, 19, Lukas, 77

Qrupda vəziyyət: PSJ - 11. "Arsenal" - 11. "Ludoqorest" - 2. "Bazel" - 2.

B qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 3:3

Qollar: Cenk Tosun, 58, Rikardo Kuaresma, 83-pen, Vinsent Abubakar, 90 - Qonsalo Quedes, 10, Nelson Semedo, 30, Lyubomir Fejsa, 31

23:45. "Napoli" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:0

Qrupda vəziyyət: "Benfika" - 8. "Napoli" - 8. "Beşiktaş" - 7. "Dinamo" - 1.

C qrupu

23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya) - 0:2

Qollar: Lionel Messi, 24-pen, 55

23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Raffael, 23 - David Silva, 45+1

Qırmızı vərəqələr: Lars Stindl, 51 ("Borussiya", ikinci sarı), Fernandinyo, 63 ("Mançester Yunayetd", ikinci sarı)

Qrupda vəziyyət: "Barselona" - 12. "Mançester Siti" - 8. "Borussiya" - 5. "Seltik" 2.

D qrupu

21:00. "Rostov" (Rusiya) - "Bavariya" (Almaniya) - 3:2

Qollar: Sərdar Azmun, 44, Dmitri Poloz, 48-pen, Kristian Noboa, 67 - Duqlas Kosta, 35, Juan Bernat, 52

23:45. "Atletiko" (İspaniya) - PSV (Hollandiya) - 2:0

Qollar: Kevin Qameyro, 55, Antuan Qrizmann, 66

Qrupda vəziyyət: "Atletiko" - 15. "Bavariya" - 9. "Rostov" - 4. PSV - 1.

Son xəbərlər

Orphus sistemi