Çempionlar Liqasında qrupa yüksələn 3 komanda müəyyənləşib

Çempionlar Liqasında qrupa yüksələn 3 komanda müəyyənləşib UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Futbol
198
28 Avqust , 2019 01:10
Çempionlar Liqasında qrupa yüksələn 3 komanda müəyyənləşib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.

“Krasnodar” Rusiyada Yunanıstan “Olimpiakos"una 1:2 hesabı ilə uduzub. İlk matçda da 4:0 hesabı ilə qalib gəlmiş "Olimpiakos" qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Qalan iki oyun eynihesablı heç-heçələrlə yekunlaşıb. Lakin bunların birində Serbiya “Srvena Zvezda”sı İsveçrədə "Yanq Boyz"a daha çox top vurduğu, Xorvatiya "Dinamo"su (Zaqreb) isə evdə Norveç "Rusenborq"unu yendiyi üçün ÇL-in qrupuna düşüb.

"Krasnodar”, “Yanq Boyz" və "Rusenborq” mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2

Qollar: Daniil Utkin, 10 - Yussef əl-Ərəbi, 11; 48

İlk oyun – 0:4

23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İvseçrə) - 1:1

Qollar: Aleksa Vukanoviç, 59 - Əl-Fərdi ibn Nabuhan, 82 (öz qapısına)

İlk oyun – 2:2

23:00. “Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1

Qollar: David Akintola, 11 - Amer Qoyak, 71

İlk oyun – 0:2

Orphus sistemi