Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Futbol
8 Dekabr , 2021 07:30
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qrupunun görüşləri keçiriləcək. Bununla da həm 1/8 final mərhələsinə, həm də Avropa Liqasının pley-offuna vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda olacaq. Növbəti raunda vəsiqəni təmin etmiş Almaniya "Bavariya"sı ikinci yer uğrunda mübarizə aparan İspaniya "Barselona"sını qəbul edəcək. Qrupun digər oyununda "Benfika" Portuqaliyada heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqlar. Xallar bərabər olacağı halda isə "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasına yollanacaq.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu İsveçrə "Yanq Boyz"u ilə qarşılaşacaq. İspaniya "Vilyarreal"ı isə İtaliyada "Atalanta" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qonaqlar uduzmayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.

G qrupunda İspaniya "Sevilya"sı Avstriyada "Zaltsburq"la, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"la üz-üzə gələcək. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gələcək. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərlər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edəcək.

H qrupunda İtaliya "Yuventus"u İsveçin "Malmö" klubunu, İngiltərə "Çelsi"si isə Rusiya "Zenit"ini sınağa çəkəcək. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

Xal durumu: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

F qrupu

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)

00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

00:00. "Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya)

00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa)

Xal durumu: "Lill" - 8, "Zaltsburq" - 7, "Sevilya" - 6. "Volfsburq" - 5.

H qrupu

21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç)

21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə)

Xal durumu: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.

Qeyd edək ki, bunadək Fransanın PSJ İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala adlayıb.

Son xəbərlər

Orphus sistemi