Çempionlar Liqasında "Qarabağ"a vurulan qol ilk "3-lüy"ə düşüb

Çempionlar Liqasında "Qarabağ"a vurulan qol ilk "3-lüy"ə düşüb Ən yaxşı qol da bu qrupda qeydə alınıb
Futbol
6 Noyabr , 2017 17:54
Çempionlar Liqasında Qarabağa vurulan qol ilk 3-lüyə düşüb

Bakı. 6 noyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubunun futbolçusu Tomas Parteyin Madriddə "Qarabağ"ın qapısından keçirdiyi top Çempionlar Liqasında IV turun ən yaxşı 3-cü qolu sayılıb. 

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qanalı hücumçu 17 faiz səs toplayıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandaları arasında C qrupunun digər oyununda vurulmuş qol isə ən çox səsə layiq görülüb. Meydan sahiblərinin futbolçusu Stefan Əl-Şaravinin qolu 31 faiz səs yığıb. Bu matçda "Roma" 3:0 hesablı qələbə qazanıb.

İkinci yer Belçika "Anderlext"ini məyus edən Fransa PSJ-sinin hücumçusu Neymara qismət olub. Görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:0.   

Son xəbərlər

Orphus sistemi