Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək

Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.
Futbol
17 Avqust , 2022 07:45
Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

İsrailin "Makkabi" (Hayfa) klubu Serbiya "Srvena Zvezda"sı ilə, Ukraynanın "Dinamo" (Kiyev) kollektivi isə Portuqaliya "Benfika"sı ilə görüşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

Son xəbərlər

Orphus sistemi