Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 5 oyun keçiriləcək. "Report"un məlumatına görə, oyunlar Kipr, Gürcüstan, Serbiya, İrlandiya və Azərbaycanda olacaq.
Kiprin APOEL klubu Norveç "Rosenborq"u ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Kipr təmsilçisinə minimal hesablı qələbə kifayət edirsə, "Rosenborq" mərhələ adlaması üçün 90 dəqiqəni ən azından heç-heçə başa vurmalıdır.
Gürcüstan "Dinamo"su Xorvatiyanın "Dinamo" klubunu qonaq edəcək. Zaqrebdə keçirilmiş ilk oyunda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Bu səbəbdən xorvatlar minimal hesabla məğlub olacağı təqdirdə belə pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bundan başqa Serbiyanın "Srvena Zvezda" klubu Bolqarıstanın "Ludoqorets" (İlk oyun - 2:2), İrlandiyanın "Dandalk" klubu Belarus Batesini (İlk oyun - 0:1) qəbul edəcək. "Qarabağ" isə mərhələ adlamaq üçün Çexiyada qolsuz heç-heçəyə razılaşdığı "Viktoriya"nı məğlub etməlidir.