UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib.
"Report"un məlumatına görə, mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib.
12-15 avqust
1/4 final
1. "Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi
2. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
3. "Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi
4. "Atalanta" (İtaliya) - PSJ (Fransa)
18-19 avqust
Yarımfinal
1 cütünün qalibi - 3 cütünün qalibi
2 cütünün qalibi - 4 cütünün qalibi
Qeyd edək ki, 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.
1/8 final mərhələsinin 4 cavab görüşü isə 7-8 avqust tarixlərində olacaq. Final matçı isə avqustun 23-də baş tutacaq.Həmin qarşılaşmada "Leyptsiq" (Almaniya) / "Atletiko" (Madrid, İspaniya) - "Atalanta" (İtaliya) / PSJ (Fransa) cütləri arasındakı görüşün qalibi nominal meydan sahibi sayılacaq.