Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün keçiriləcək daha 10 oyunla futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransa "Monako"su ilə qarşılaşacaq.
İstanbulda keçirilmiş ilk görüşdə 2:1 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" səfər oyununa üstün tərəf kimi çıxacaqlar. Türkiyə vitse-çempionu mərhələ adlasa, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, ilk oyun günündə 5 komanda - "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), APOEL (Kipr), "Ludoqorets" (Bolqarıstan) və "Dandolk" (İrlandiya) Çempionlar Liqasında mərhələ adlayıb.
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları
21:45. "Kopenhagen" (Danimarka) - "Astra" (Rumıniya)
İlk oyun - 1:1
21:45. "Styaua" (Rumıniya) - "Sparta" (Çexiya)
İlk oyun - 1:1
22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 0:0
22:15. "Yanq Boyz" (İsveçrə) - "Şaxtyor" (Ukrayna)
İlk oyun - 0:2
22:30. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
İlk oyun - 1:1
22:30. "Zalsburq" (Avstriya) - "Partizani" (Albaniya)
İlk oyun - 1:0
22:45. "Anderlext" (Belçika) - "Rostov" (Rusiya)
İlk oyun - 2:2
22:45. "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)
İlk oyun - 1:1
22:45. "Legiya" (Polşa) - "Trençin" (Slovakiya)
İlk oyun - 1:0
22:45. "Monako" (Fransa) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 1:2