Çempionlar Liqasında III təsnifat mərhələsi başlayır

Çempionlar Liqasında III təsnifat mərhələsi başlayır Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Futbol
3 Avqust , 2021 08:00
Çempionlar Liqasında III təsnifat mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.

"Neftçi"ni mübarizədən kənarlaşdıran "Olimpiakos" Yunanıstanda Bolqarıstanın "Lüdoqorets" komandasını qəbul edəcək.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan PSV Niderlandda Danimarkanın "Midtüllan" klubunu sınağa çəkəcək.

3 Avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

21:00. "Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

21:00. "Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa)

22:00. ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə)

22:00. "Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)

22:00. PSV (Niderland) - "Midtüllan" (Danimarka)

23:00. "Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan)

Son xəbərlər

Orphus sistemi