Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək

Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək Ramil Şeydayevin komandası "Kopenhagen"i qəbul edəcək
Futbol
12 İyul , 2017 11:29
Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti ilk oyunları keçiriləcək. 

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarka "Kopenhagen"ini sınağa çəkəcək. "Jilina" stadionunda oynanılacaq qarşılaşmanı Benua Millotun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

12 iyul

20:00. "Spartak” (Yurmala, Latviya) - "Astana” (Qazaxıstan)

21:00. "Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya)

21:00. "Malmö” (İsveç) - "Vardar” (Makedoniya)

21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Honved” (Macarıstan)

21:00. "Şerif” (Moldova) - "Kukesi” (Albaniya)

21:00. APOEL (Kipr) - "Düdelanj” (Lüksemburq)

21:30. BATE (Belarus) - Alaşkert (Ermənistan)

22:00. "Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa)

22:00. "Jalgiris” (Litva) – "Ludoqorets” (Bolqarıstan)

22:15. "Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka)

22:45. "Dandolk” (İrlandiya) - "Rusenborq” (Norveç)

23:15. "Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları)

Qeyd edək ki, ilk oyun günündə 4 görüş keçirilib: 

"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) - 5:0

"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) - 0:3

"Riyeka” (Xorvatiya) - TNS (Uels) - 2:0

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) - 2:0

İlk oyunlara iyulun 14-də baş tutacaq "Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) matçı ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi