Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu bəlli olub.
Futbol
8 Noyabr , 2019 15:17
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu bəlli olub.

“Report” xəbər verir ki, bu ada IV turda “Real Madrid”in Türkiyə təmsilçisi “Qalatasaray”ı İspaniyada 6:0 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vuran Rodriqo layiq görülüb. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Mini (“Tottenhem”, İngiltərə) qabaqlayıb.

Qeyd edək ki, Rodriqo “Qalatasaray”la matçda ÇL-in tarixində ən erkən dublun müəllifi olub. O, 6 dəqiqə 4 saniyə ərzində rəqibi 2 dəfə məyus edib.

Son xəbərlər

Orphus sistemi