Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı Bu ada 4 oyunçu iddia edir
Futbol
15 Aprel , 2021 09:00
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiç, Fransa PSJ-sindən Neymar, İspaniyanın "Real Madrid" komandasından Karlos Kazemiro və İngiltərə "Mançester Siti"sindən İlkay Gündoğan iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Yarımfinalda "Çelsi" "Real Madrid"lə, "Mançester Siti" isə PSJ ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi