Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolu açıqlanıb.
Futbol
16 Sentyabr , 2021 16:56
Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolu açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı səsverməyə əsasən, Molda "Şerif"inin Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına vurduğu ilk qol ən yaxşı seçilib.

Tiraspol təmsilçisinin futbolçusu Adama Traore 16-cı dəqiqədə baxımlı qolla hesabı açıb.

Qeyd edək ki, qarşılaşma "Şerif"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi