Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib Bakı. 4 may. REPORT.AZ/ Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
4 May , 2018 16:24
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 4 may. REPORT.AZ/ Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, İspaniyanın "Real Madrid" klubunun futbolçusu Keylor Navas ən yaxşı oyunçu adına layiq görülüb.

32 yaşlı qapıçı azarkeşlər tərəfindən aparılan sorğuda 55 faiz səs yığıb. İngiltərənin "Liverpul" komandasının futbolçusu Sadio Mane isə səsvermədə ikinci olub.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 26-da Ukraynanın "Olimpiyski" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi