Çempionlar Liqası: İlk 1/8 final matçlarının ən yaxşı qolu məlum oldu - VIDEO

Çempionlar Liqası: İlk 1/8 final matçlarının ən yaxşı qolu məlum oldu - VIDEO Almaniyanın Borussiya (Dortmund) komandasının futbolçusu Erlinq Holannın Fransa PSJ-si ilə görüşdə endirdiyi ikinci dəqiq zərbə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında ən gözəl qol sayılıb.
Futbol
29 Fevral , 2020 05:56
Çempionlar Liqası: İlk 1/8 final matçlarının ən yaxşı qolu məlum oldu - VIDEO

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannın Fransa PSJ-si ilə görüşdə endirdiyi ikinci dəqiq zərbə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında ən gözəl qol sayılıb. 

"Report"un məlumatına görə, seçim UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər arasında aparılıb.

Qələbəyə İtaliya "Atalanta"sından Yosip İliçiç ilə Remo Froyler, "Napoli"dən Dris Mertens də iddialı olub. İliçiçlə Froyler İspaniya "Valensiya"sı, Mertens isə "Barselona" ilə qarşılaşmalarda fərqlənib. Bu görüşlərdə "Borussiya" 2:1, "Atalanta" 4:1 hesabı ilə qalib gəldiyi halda, "Napoli" - "Barselona" matçında qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, Erlinq Holann Dortmund "Borussiya"sına qış transfer dövründə keçib. 20 yaşlı hücumçu "Auqsburq"la Bundesliqa qarşılaşmasında meydana əvəzlənərək çıxdıqdan sonra "het-trik" edib. Növbəti matçında isə norveçli forvard "Köln"ü iki dəfə məyus edib. Hazırda onun aktivində Bundesliqada 6 oyuna 9 qol var.   

Son xəbərlər

Orphus sistemi