Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşəcək

Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşəcək "Barselona" "Yuventus"u, "Monako" "Borussiya"nı qəbul edəcək
Futbol
19 Aprel , 2017 09:52
Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında daha iki yarımfinalçı müəyyənləşəcək.

"Report"un məlumatına görə, bu, biri İspaniyada, digəri Fransada keçiriləcək 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

1/8 final mərhələsinin ilk matçı çərçivəsində Fransada PSJ klubuna 0:4 hesabı ilə uduzub, cavab görüşündə 6:1 hesabı ilə qalib gələn "Barselona”nı indi daha çətin tapşırıq gözləyir. Kataloniya təmsilçisi yarımfinala vəsiqə qazanmaq üçün "Yuvnetus”dan Turindəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. "Barsa”ın heyətində Aleş Vidal ilə Rafinya, "Qoca Sinyora”dan isə Marko Pyatsa zədə üzündən meydana çıxa bilməyəcək.

Dortmund "Borussiya”sının işi isə daha çətindir. Almaniyada "Monako”ya 2:3 hesabı ilə uduzmaq öz yerində, Dortmund klubu cavab qarşılaşmasında Mark Bartra, Mario Götse və Andre Şürrle kimi zədəli futbolçularının xidmətindən yararlana bilməyəcək. Fransa təmsilçisinin heyətində isə Cibril Sidibe, Qabriel Boskilya və Quido Karrilyo zədəli, Fabinyo cəzalıdır.

Qeyd edək ki, bu gecə baş tutmuş 1/4 final mərhələsinin ilk iki cavab matçından sonra "Real Madrid” (İspaniya) və ”Atletiko” (İspaniya) yarımfinala yüksəlib.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. "Barselona” (İspaniya) - "Yuventus” (İtaliya)

Baş hakim: Byorn Keypers (Hollandiya)

İlk oyun – 0:3

22:45. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2.

Son xəbərlər

Orphus sistemi