UEFA Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

UEFA Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Futbol
325
18 Mart , 2022 07:45
UEFA Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda İspaniyanın "Atletiko" (Madrid), "Real Madrid", "Vilyarreal", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi", həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları iştirak edəcək.

Bu, Avropanın ən nüfuzlu klub turnirində son püşkatma olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.

Son xəbərlər

Orphus sistemi