Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu açıqlanıb - VİDEO

Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu açıqlanıb - VİDEO UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə ən yaxşı qolun müəllifi bəlli olub.
Futbol
29 İyul , 2021 13:35
Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu açıqlanıb - VİDEO

UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə ən yaxşı qolun müəllifi bəlli olub.

"Report" Avropa futbol qurumunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada Portuqaliya "Portu"sunda çıxış edən Mehdi Terami layiq görülüb.

İranlı hücumçunun 1/8 final mərhələsinin cavab matçında İngiltərənin "Çelsi" klubuna 90+3-cü dəqiqədə vurduğu baxımlı qol ən yaxşı seçilib. Teraminin qolu matçda yeganə olub.

İlk qarşılaşmada 0:2 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb. "Çelsi" finalda "Mançester Siti"ni məğlub edərək turnirin qalibi olub.

Son xəbərlər

Orphus sistemi