Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşı oyunçuları bəlli olub

Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşı oyunçuları bəlli olub Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 2017-2018 mövsümünün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.
Futbol
30 avqust 2018 17:25
Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşı oyunçuları bəlli olub

Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 2017-2018 mövsümünün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.

“Report” xəbər verir ki, mükafatlandırma mərasimi Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində baş tutub.

Ən yaxşı qapıçı adına İspaniya "Real Madrid"ində çıxış edən Keylor Navas layiq görülüb.

Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.

“Real Madrid”dən İtaliyanın “Yuventus” komandasına keçən Kriştianu Ronaldu isə ən yaxşı hücumçu nominasiyasında birinci olub.

Son xəbərlər

Orphus sistemi