Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:
"Mançester Siti" (İngiltərə | "Monako" (Fransa) |
"Real Madrid"(İspaniya) | "Napoli"(İtaliya) |
"Benfika"(Portuqaliya) | "Borussiya"(Dortmund,Almaniya) |
"Bavariya"(Almaniya) | "Arsenal"(İngiltərə) |
"Portu"(Portuqaliya) | "Yuventus"(İtaliya) |
"Bayer"(Leverkusen,Almaniya) | "Atletiko"(Madrid,İspaniya) |
PSJ(Fransa) | "Barselona"(İspaniya) |
"Sevilya"(İspaniya) | "Lester"(İngiltərə) |
1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları isə martın 7-8 və 14-15-də baş tutacaq.