Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək "Tottenhem" və "Yuventus" komandalarının dueli gərgin mübarizə vəd edir
Futbol
7 Mart , 2018 08:18
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutacaq.

"Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə vəd etdiyi halda, "Mençester Siti" ilə İsveçrə "Bazel"inin qarşılaşması formal xarakter daşıyır.

İlk oyunda İtaliyada "Tottenhem"lə 2:2 hesablı heç-heçə edən "Yuventus", bu dəfə 3:3 və ya daha böyük hesablı bərabərliklə mərhələ keçə bilər. London klubunu isə 1:1-lik heç-heçə də qane edir.

Turin təmsilçisinin heyətində Mattia de Şilyo, Xuan Quadrado və Federiko Bernardeski zədə səbəbindən oynamayacaq. Komandanın aparıcı hücumçusu Qonsalo İquainin isə bu matçda iştirakı sual altındadır.

Meydan sahiblərindən Tibo Alderveyreld və Serji Orye bu görüşü buraxacaq. Qarşılaşmanı polşalı hakim Şimon Marçinyak idarə edəcək.

"Mançester Siti" - "Bazel" qarşılaşmasını formallığa çevirən səbəb “şəhərlilər”in səfərdə 4 cavasız qolla qələbə qazanmalarıdır. İngiltərə klubunun heyətində Fernandinyo və Benjamin Mendinin zədə səbəbindən bu matçda iştirak etməyəcəyi dəqiqdir. Rahim Sterlinqin durumu isə sual altındadır. Qonaqlar qapıçı Cermano Vaylati, müdafiəçi Eder Balanta və yarımmüdafiəçi Taulyant Cakanın xidmətindən yararlana bilməyəcək. Oyunu çexiyalı Pavel Kralovets idarə edəcək.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 2:2

23:45. "Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə)

Baş hakim: Pavel Kralovets (Çexiya)

İlk oyun – 4:0

Son xəbərlər

Orphus sistemi