Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün 2 oyunla start veriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün 2 oyunla start veriləcək Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə start veriləcək.
Futbol
13 Fevral , 2024 10:11
Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün 2 oyunla start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.

İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leyptsiq”lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral

00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leyptsiq, “RB Arena”

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi