​Çempionlar Liqası 1/4 finalının püşkü atılıb

​Çempionlar Liqası 1/4 finalının püşkü atılıb "Barselona" ilə PSJ qarşılaşacaq, "Real" və "Atletiko" görüşəcək
Futbol
20 Mart , 2015 15:20
​Çempionlar Liqası 1/4 finalının püşkü atılıb

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

"Kor" püşkün nəticəsinə əsasən, azarkeşlər 1/4 finalda Madrid derbisinin şahidi olacaq. 

Çempionlar Liqasında 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. 

Aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.

Çempionlar Liqası
(1/4 final mərhələsi)
PSJ (Fransa) Barselona (İspaniya)
Atletiko Madrid (Ispaniya) Real Madrid (İspaniya)
Portu (Portuqaliya) Bavariya (Almaniya)
Yuventus (İtaliya) Monako (Fransa)

Son xəbərlər

Orphus sistemi