Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO

Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO 1/8 final mərhələsinə yekun vurulub
Futbol
16 Mart , 2017 01:38
Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son iki cavab oyunundan Fransanın "Monako" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüş kifayət qədər dramatik alınıb.

"Knyazlıq klubu" Mançesterdəki ilk qarşılaşmadakı 3:5 hesablı məğlubiyyətin revanşını almağı bacarıb - 3:1. "Monako" məhz səfərdə daha çox qol vurduğu üçün 1/4 finala yüksəlib. Daha bir vəsiqəyə isə İspaniya "Atletiko"su sahib çıxıb. Madrid komandası Leverkuzendə 4:2 hesabı ilə yendiyi Almaniya "Bayer"i ilə evdə qolsuz heç-heçə edib.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

23:45 Monako (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1

Qollar: Kilian Mbappe, 8. Fabinyo, 29. Tiemu Bakayoko, 79 - Leroy Sane, 71

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 3:5


23:45 "Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0

Baş hakim: Sergey Karasyov (Rusiya)

İlk oyun 4:2


Daha öncə İspaniyanın "Barselona" və Real Madrid", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus", İngiltərənin "Lester" klubları da 1/4 finala yüksəlib. Növbəti mərhələnin püşkü martın 17-də atılacaq.  

Son xəbərlər

Orphus sistemi