"Borussiya" və "Portu" 1/4 finalda, "Yuventus" mübarizəni dayandırdı

"Borussiya" və "Portu" 1/4 finalda, "Yuventus" mübarizəni dayandırdı UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib
Futbol
10 Mart , 2021 02:41
Borussiya və Portu 1/4 finalda, Yuventus mübarizəni dayandırdı

Çempionlar Liqasında 1/4 finalın daha bir iştirakçısı müəyyənləşib.

"Report"un məlumatına görə, "Yuventus" İtaliyada Portuqaliya "Portu"suna 3:2 hesabı ilə qalib gəlsə də, iki görüşün nəticəsinə əsasən, səfərdə daha çox qol vuran qonaqlar mərhələ adlayıblar.

9 mart

24:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2 (ƏLAVƏ VAXTDA - 1:1)

Qollar: Federiko Kyeza, 49; 63, Adrian Rabyo, 117 - Serjiu Oliveyra, 19 (penalti); 115

Qırmızı vərəqə: Mehdi Taremi, 54 ("Portu")

İlk oyun - 1:2

01:57

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, artıq 1/4 finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Almaniyada İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə edən "Borussiya" (Dortmund) iki görüşün nəticəsinə əsasən adını növbəti raunda yazdırıb. Dortmund təmsilçisinin heyətində qolları 35 və 55-ci dəqiqələrdə Erlinq Holann vurub. Qonaqlardan isə 69 və 90+6-cı dəqiqələrdə Yusif En-Nesiri fərqlənib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri

9 mart

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2

Qollar: Erlinq Holann, 35; 55 (penalti) - Yusif En-Nesiri, 69 (penalti); 90+6

İlk oyun - 3:2

Digər matçda İtaliya "Yuventus"u evdə Portuqaliyanın "Portu" komandası ilə üz-üzə gəlir. Matçın əsas vaxtı "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq.

Son xəbərlər

Orphus sistemi