Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək - AFİŞA

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək - AFİŞA Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. Reportun məlumatına görə, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunacaq.
Futbol
145
10 Aprel , 2019 07:27
Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək  - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunacaq.

İngiltərədəki matçda "Mançester Yunayted" İspaniya "Barselona"sını qəbul edəcək. Hər iki kollektiv 1/8 finalda Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. "Qırmızı şeytanlar" PSJ-ni, Kataloniya klubu isə "Lion"u üstələyib. Komandaların heç birinin heyətində cəzalı futbolçu yoxdur. Meydan sahiblərində Erik Bayi, Antonio Valensiya, Mateo Darmian və Aleksis Sançes zədəyə görə meydana çıxa bilməyəcək. Ander Errera və Markus Raşfordun matçda iştirakı isə sual altındadır. Qonaqlarda Usman Dembelenin meydana çıxacağı bəlli deyil.

Hollandiyada "Ayaks" İtaliya "Yuventus"unun müqavimətini qırmağa çalışacaq. Amsterdam komandası bundan öncəki mərhələdə turnirin son qalibi İspaniya "Real Madrid"ini yarışdan kənarlaşdırıb. "Yuventus" isə Madridin digər komandası "Atletiko"nu məğlubiyyətə uğradıb. Meydan sahiblərində Nussair Mazraui cəza, Hassan Bande isə zədə səbəbindən oyunu buraxacaq. Turin klubunda isə zədəli Martin Kaseres, Andrea Bartsalyi, Mattia Perin və Emre Canın matçı buraxacaqları dəqiqdir. Kriştianu Ronaldu və Duqlas Kosta isə bərpa olunublar və oyuna hazırdırlar.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

10 aprel

23:00 "Mançester Yunayed" (İngiltərə) - "Barselona" (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Mançester. "Old Trafford" stadionu

23:00. "Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)

Baş hakim: Karlos del Cerro Qrande (İspaniya)

Amsterdam. "Yohan Kroyf Arena"

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk 2 oyununda İngiltərədə "Liverpul" Portuqaliya "Portu"sunu 2:0, "Tottenhem" "Mançester Siti"ni 1:0 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi