Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Futbol
5 Aprel , 2022 07:30
Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Matçı rumıniyalı İştvan Kovaç idarə edəcək.

Meydan sahiblərinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.

Gecənin digər matçında Portuqaliya "Benfika"sı İngiltərə "Liverpul"unu qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersisyad təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi