Çempionlar Liqası: UEFA koronavirusa görə finalın yerini dəyişməyəcək

Çempionlar Liqası: UEFA koronavirusa görə finalın yerini dəyişməyəcək Bu barədə Avropa futbol qurumunun mətbuat xidmətindən məlumat verilib
Futbol
14 Aprel , 2021 12:54
Çempionlar Liqası: UEFA koronavirusa görə finalın yerini dəyişməyəcək

UEFA Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final matçını başqa ölkədə təşkil etmək fikrində deyil.

"Report" xəbər verir ki, bu barədə TASS-a Avropa futbol qurumunun mətbuat xidmətindən bildirilib. UEFA final matçının planlaşdırıldığı kimi, mayın 29-da Atatürk Olimpiya Stadionunda gerçəkləşəcəyini vurğulayıb.

Türkiyə Səhiyyə Nazirliyi aprelin 13-də ölkədə 59 187 koronavirusa yeni yoluxmanın qeydə alındığını açıqlayıb. Bu isə ölkə üzrə rekord göstəricidir.

Son xəbərlər

Orphus sistemi