Çempionlar Liqası: "Yuventus" və "Mançester Siti" 1/4 finala yüksəlib - VİDEO

Çempionlar Liqası: "Yuventus" və "Mançester Siti" 1/4 finala yüksəlib - VİDEO "Tottenhem" və "Bazel" mübarizəni 1/8 finalda dayandırıb
Futbol
140
8 Mart , 2018 01:41
Çempionlar Liqası: Yuventus və Mançester Siti 1/4 finala yüksəlib - VİDEO

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutub.

"Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə şəraitində keçib. İngiltərənin "Uembli" stadionunda baş tutan görüş Turin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Qonsalo İquain və Paulo Dibala, "Tottenhem"də isə Son Hın Min fərqlənib. Komandaların Turində keçirilən ilk qarşılaşması 2:2 hesabı ilə nəticələndiyindən, "Yuventus" ¼ final mərhələsinə adlayıb, bu mövsüm Çempionlar Liqasında ilk dəfə məğlub olan "Tottenhem" isə turnirdən kənarda qalıb.

Paralel keçən qarşılaşmada "Mançester Siti" "Etihad" stadionunda İsveçrənin "Bazel" kollektivini qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında ilk görüş 4:0 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatdığından, ümumi nəticəyə görə mərhələ adlayan tərəf ingilislər olub.

Çempionlar Liqası. 1/8 final. Cavab qarşılaşması

23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya) - 1:2

Qollar: Hyunq Min-Son, 39 - Qonsalo İquain, 64. Paulo Dibala, 67

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 2:2

23:45. "Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə) - 1:2

Qollar: Qabriel Xesus, 8 - Mohammed Elyunisi, 17. Mixael Lanq, 71

Baş hakim: Pavel Kralovets (Çexiya)

İlk oyun – 4:0


Qeyd edək ki, 1/8 final mərhələsinin daha 4 cavab görüşü 13-14 martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi