Çempionlar Liqası: "Yuventus" "Barselona" ilə, "Başakşehir" PSJ ilə üz-üzə

Çempionlar Liqası: "Yuventus" "Barselona" ilə, "Başakşehir" PSJ ilə üz-üzə Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.
Futbol
28 Oktyabr , 2020 07:30
Çempionlar Liqası: Yuventus Barselona ilə, Başakşehir PSJ ilə üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma təşkil ediləcək.

Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda Fransa PSJ-sini qəbul edəcək. H qrupunun digər matçında "Mançester Yunayted" İngiltədə Almaniya “Leyptsiq”ini sınağa çəkəcək.

Turun maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Yuventus" G qrupunda İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.

Çempionlar Liqası

II tur

E qrupu
21:55. “Krasnodar” (Rusiya) – “Çelsi” (İngiltərə)
00:00. “Sevilya” (İspaniya) – “Renn” (Fransa)

Xal durumu: “Krasnodar” - 1, “Çelsi” - 1, “Sevilya” - 1, “Renn” - 1

F qrupu
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya)
00:00. “Brügge” (Belçika) – “Latsio” (İtaliya)

Xal durumu: “Latsio” - 3, “Brügge” - 3, “Borussiya” - 0, “Zenit” - 0

G qrupu
00:00. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)
00:00. "Ferentsvaroş" (Macarıstan) – “Dinamo” (Kiyev, Ukrayna)

H qrupu
21:55. “Başakşehir” (Türkiyə) – PSJ (Fransa)
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

Xal durumu: “Mançester Yunayted” - 3, “Leyptsiq” - 3, “Başakşehir” - 0, PSJ - 0

Son xəbərlər

Orphus sistemi