Çempionlar Liqası: Yeddi oyunda 22 qol vuruldu

Çempionlar Liqası: Yeddi oyunda 22 qol vuruldu UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Futbol
6 İyul , 2021 23:52
Çempionlar Liqası: Yeddi oyunda 22 qol vuruldu

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə baş tutan 7 qarşılaşmada qapılara ümumilikdə 22 qol vurulub.

Estoniya "Flora"sı evdə Malta "Hibernians"ını 2, Macarıstan "Ferentsvaroş"u isə Kosovo "Priştina"sını 3 cavabsız qolla məğlub edib. Finlandiya HİK-i qonaq etdiyi Monteneqro "Buduçnost"una 3:1 hesabı ilə qalib gəlib.

Şimali İrlandiyanın "Linfild" klubu Litvada "Jalgiris"ə, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniyada ÇFR-ə eyni hesabla uduzub -1:3.

Günün son görüşlərində “Fola Eş” (Lüksemburq) evdə "Linkoln"la (Cəbəllütariq) 2:2 hesablı heç-heçəyə razılaşıb. Şimali Makedoniyanın "Şkendiya" klubu isə doğma meydanda Sloveniya "Mura"sı ilə bacarmayıb - 0:1.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Flora" (Estoniya) - “Hibernians” (Malta) - 2:0

20:00. “Ferentsvaroş” (Macarıstan) - "Priştina" (Kosovo) - 3:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro) - 3:1

21:00. "Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya) - 3:1

21:00. ÇFR (Rumıniya) - "Borats" (Bosniya və Herseqovina) - 3:1

21:30. “Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq) - 2:2

22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya) - 0:1

Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13 - 14 iyulda olacaq.

Son xəbərlər

Orphus sistemi