Çempionlar Liqası: Yarımfinalın təqvimi açıqlandı

Çempionlar Liqası: Yarımfinalın təqvimi açıqlandı UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.
Futbol
15 Aprel , 2021 14:36
Çempionlar Liqası: Yarımfinalın təqvimi açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də ispaniyada "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra Fransada PSJ ilə üz-üzə gələcəklər.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi