Çempionlar Liqası: "Vilyarreal"ın qolkiperi həftənin oyunçusu seçilib

Çempionlar Liqası: "Vilyarreal"ın qolkiperi həftənin oyunçusu seçilib UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Futbol
114
17 Mart , 2022 19:27
Çempionlar Liqası: Vilyarrealın qolkiperi həftənin oyunçusu seçilib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Vilyarreal"ının qapıçısı Xeronimo Rulyi layiq görülüb.

30 yaşlı argentinalı qolkiper səsvermədə Portuqaliya "Benfika"sından Darvin Nunyesi, İspaniya "Atletiko" (Madrid) komandasından Kokeni və İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiçi geridə qoyub.

Qeyd edək ki, "Vilyarreal" İtaliyada "Yuventus"a 3:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı - 1:1.

Son xəbərlər

Orphus sistemi