Çempionlar Liqası və Avropa Liqası yarımçıq dayandırıla bilər

Çempionlar Liqası və Avropa Liqası yarımçıq dayandırıla bilər Ötən ilin sonunda Çində aşkarlanan və bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası Çempionlar Liqası və Avropa Liqasını da yarımçıq qoya bilər.
Futbol
10 Mart , 2020 17:00
Çempionlar Liqası və Avropa Liqası yarımçıq dayandırıla bilər

Ötən ilin sonunda Çində aşkarlanan və bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası Çempionlar Liqası və Avropa Liqasını da yarımçıq qoya bilər.

"Report" İspaniya mətbuatına istinadən xəbər verir ki, UEFA hazırda avrokubok oyunlarının ləğvi variantını nəzərdən keçirir.

İddiaya görə, qitə futbol qurumu hər iki turniri 1/4 final mərhələsindən dayandırmağı planlaşdırır. 

UEFA daha öncə bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi