Çempionlar Liqası: UEFA cavab oyunları ilə bağlı qərar verdi

Çempionlar Liqası: UEFA cavab oyunları ilə bağlı qərar verdi Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları&neytral meydanda keçirilməyəcək.
Futbol
6 İyul , 2020 15:24
Çempionlar Liqası: UEFA cavab oyunları ilə bağlı qərar verdi

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib.

Rəsmi açıqlamanın iyulun 10-da veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib.

1/8 finalda isə "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) görüşləri olacaq.

Son xəbərlər

Orphus sistemi