Çempionlar Liqasında tarixi hadisə: Bir ölkədən 4 baş məşqçi 1/4 finalda

Çempionlar Liqasında tarixi hadisə: Bir ölkədən 4 baş məşqçi 1/4 finalda Çempionların Liqasında 1/8 final matçlarının nəticəsinə görə unikal statistik nailiyyət əldə edilib
Futbol
18 Mart , 2021 07:49
Çempionlar Liqasında tarixi hadisə: Bir ölkədən 4 baş məşqçi 1/4 finalda

UEFA Çempionların Liqasında 1/8 final matçlarının nəticələrinə görə unikal statistik nailiyyət əldə edilib.

"Report" xəbər verir ki, liqa tarixində ilk dəfə bir ölkədən dörd baş məşqçi 1/4 finala çıxıb. Bu nailiyyətə almaniyalı Edin Terziç ("Borussiya" Dortmund, Almaniya), Yurgen Klopp ("Liverpul", İngiltərə), Tomas Tuxel ("Çelsi", İngiltərə) və Hans-Diter Flik ("Bavariya", Almaniya) imza atıb.

Həmçinin Çempionlar Liqasının 1/4 finalına PSJ (Fransa), "Portu" (Portuqaliya), "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya) komandaları yüksəlib.

Qeyd edək ki, 1/4 finalın və yarımfinalın püşkatma mərasimi martın 19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Yarışın hazırkı qalibi “Bavariya”dır. Komanda 2020-ci ilin final matçında PSJ üzərində 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi