Çempionlar Liqası: "Bavariya" və "Yuventus" böyük, "Çelsi" minimal hesabla qalib gəlib

Çempionlar Liqası: "Bavariya" və "Yuventus" böyük, "Çelsi" minimal hesabla qalib gəlib UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.
Futbol
4131
15 Sentyabr , 2021 00:57
Çempionlar Liqası: Bavariya və Yuventus böyük, Çelsi minimal hesabla qalib gəlib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, gecənin mərkəzi görüşü İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.

Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə "Mançester Yunayted"i İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya "Yuventus"u İsveçdə "Malmö"nü darmadağın edib.

Qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13

Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2

Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0

Qol: Romelu Lukaku, 69

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.

22:40

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

"Report"un məlumatına görə, G qrupunun görüşüdən "Sevilya" İspaniyada Avstriya "Zaltsburq"u ilə heç-heçə edib - 1:1. Bu görüşdə hər iki qol penalti ilə vurulub. Qonaq komandadan Luka Suçiç 21-ci, meydan sahiblərindən İvan Rakitiç 42-ci dəqiqədə fərqlənməyi bacarıb. Daha iki penaltini Karim Adeyemi 13-cü, Suçiç 37-ci dəqiqədə qaçırıb. Onlar yerli komandanı məyus edə bilməyiblər.

"Zaltsburq" "Seviya"nın hücumçusu Yussef En-Nesirinin 50-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da qələbə topunu vura bilməyib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı F qrupunun görüşündə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, günün daha 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qalan 8 görüş isə sentyabrın 15-də olacaq.

Son xəbərlər

Orphus sistemi