Çempionlar Liqası: "Rostov" "Bavariya"nı məğlub edib - VİDEO

Çempionlar Liqası: "Rostov" "Bavariya"nı məğlub edib - VİDEO Görüş 3:2 hesabı ilə rusların xeyrinə başa çatıb
Futbol
23 Noyabr , 2016 23:23
Çempionlar Liqası: Rostov Bavariyanı məğlub edib - VİDEO

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiyanın "Rostov" klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunun ev oyununda Almaniyanın "Bavariya" kollektivini 3:2 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, "rostovlular"ın heyətində Sərdar Azmun (44-cü dəqiqə), Dmitri Poloz (50) və Kristian Noboa (67) fərqlənib. "Bavariya"nın qollarını Duqlas Kosta (35) və Xuan Bernat (52) vurub.

Beləliklə, "Rostov" Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk qələbəsini qazanıb. Bu qələbədən sonra Rusiya klubu xallarının sayını 4-ə çatdırıb və qrupun turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Bavariya" 9 xalla ikinci yerdə qalıb.

"Rostov" dekabrın 6-da keçiriləcək son oyunda səfərdə PSV ilə qarşılaşacaq, "Bavariya" isə evdə "Atletiko"nu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi