Çempionlar Liqası: "Real Madrid" və "Mançester Siti" 1/4 finala yüksəlib

Çempionlar Liqası: "Real Madrid" və "Mançester Siti" 1/4 finala yüksəlib UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.
Futbol
10 Mart , 2022 01:53
Çempionlar Liqası: Real Madrid və Mançester Siti 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin prinsipial qarşılaşmasında Fransa PSJ-si İspaniyada "Real Madrid"lə qarşılaşıb. İlk matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.

Oyunda hesabı 39-cu dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

9 mart

00:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 3:1

Qollar: Kərim Benzema, 61; 76; 78 - Kilian Mbappe, 39

Baş hakim: Denni Makkeli (Niderland)

İlk oyun - 0:1

00:00. "Mançester Siti" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0

Baş hakim: Halil Umut Meler (Türkiyə)

İlk oyun: 5:0

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala yüksəliblər.

Son xəbərlər

Orphus sistemi