Çempionlar Liqası: "Real Madrid" və "Bavariya" səfərdə qələbə qazanıb - VİDEO

Çempionlar Liqası: "Real Madrid" və "Bavariya" səfərdə qələbə qazanıb - VİDEO İlk oyun günündə hər iki qarşılaşma qonaqların qələbəsi ilə və 3 qolla yekunlaşıb
Futbol
147
4 Aprel , 2018 00:36
Çempionlar Liqası: Real Madrid və Bavariya səfərdə qələbə qazanıb - VİDEO

Bakı. 4 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

"Report"un məlumatına görə, ilk oyun günündə hər iki qarşılaşma qonaqların qələbəsi ilə və 3 qolla yekunlaşıb.

İtaliyada üz-üzə gələn ötənilki finalçılar "Yuventus"la İspaniya "Real Madrid"i arasındakı qarşılaşmada yenə böyük hesab qeydə alınıb. Amma bu dəfə "kral klubu" 4:1 yox, 3:0 hesabı ilə qalib gəlib. Qollardan 2-ni Kriştianu Ronaldu, digərini isə Marselo vurub. "Qoca Sinyora"dan isə Paulo Dibala iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub.

İspaniyanın digər təmsiçisi "Sevilya" isə evdə Almaniya "Bavariya"sına uduzub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 2 dəfə fərqlənərək, qələbəyə nail olublar.

Bununla da aprelin 11-də keçiriləcək cavab görüşləri böyük ölçüdə formallığa çevrilib.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. İspaniyada "Barselona" İtaliya "Roma"sını, İngiltərədə isə "Liverpul" "Mançester Siti"ni sınağa çəkəcək. 

Son xəbərlər

Orphus sistemi