Çempionlar Liqası: Daha 2 komanda 1/8 finalda, "Beşiktaş" qrupda qalıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finalda, "Beşiktaş" qrupda qalıb UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 2 oyunu keçirilib.
Futbol
4 Noyabr , 2021 01:54
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finalda, Beşiktaş qrupda qalıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son 6 oyunundan sonra 1/8 finala daha iki vəsiqənin sahibi bəlli olub.

B qrupunda evdə İspaniyanın "Atletiko" (Madrid) klubunu məğlub edən İngiltərə "Liverpul"u sona 2 tur qalmış pley-offa adlayıb.

C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib. Bu qrupun digər görüşündə Türkiyə "Beşiktaş"ı Portuqaliyada "Sportinq"ə 0:4 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisi qrupda qalıb.

A qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1

Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17 (avtoqol)

00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2

Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2 (pen.) - Corcinyo Veynaldum, 21; 39

İstifadə olunmamış penalti: Andre Silva, 12 ("Leyptsiq")

Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0

Qollar: Diequ Jota, 13, Sadio Mane, 21

Qırmızı vərəqə: Felipe, 36 ("Atletiko")

Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.

C qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0

Qollar: Pote, 31 (pen.); 38, Paulinyo, 41, Pablo Sarabiya, 56

Qırmızı vərəqə: Xozef Souza, 90 ("Beşiktaş")

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3

Qollar: Marko Roys, 37 (pen.) - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3

Qırmızı vərəqə: Matts Hummels, 29 ("Borussiya")

Xal durumu: "Ayaks" - 12, "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.

D qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39

00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3

Qollar: Adama Traore, 90+2 - Martselo Brozoviç, 54, Milan Şkrinyar, 66. Aleksis Sançes, 82

Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

23:39

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, B qrupunda İtaliya "Milan"ı evdə Portuqaliya "Portu"su ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqlardan Luis Dias açıb. 61-ci dəqiqədə "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləliklə, Milan şəhərinin eyniadlı təmsilçiri qrup mərhələsində ilk xalını qazanıb.

Qrupun digər oyununda İspaniyanın "Atletiko" (Madrid) komandası İngiltərədə "Liverpul"a qalib gələrsə, "Milan" pley-off şansını itirəcək.

Digər görüş D qrupunda baş tutub. "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 2:1 hesabı ilə qalib gəlib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisindən isə Fernando fərqlənib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

IV tur

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1

D qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39

00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)

Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.

Son xəbərlər

Orphus sistemi