Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Brügge"yə qalib gələ bilməyib

Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Brügge"yə qalib gələ bilməyib Real Madrid UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunda Brügge ilə heç-heçə edib.
Futbol
1 Oktyabr , 2019 23:09
Çempionlar Liqası: Real Madrid öz meydanında Brüggeyə qalib gələ bilməyib

"Real Madrid" UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Brügge" ilə heç-heçə edib.

"Report" xəbər verir ki, İspaniyada keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Brügge"nin heyətində Emmanuel Dennis 9 və 39-cu dəqiqələrdə dubl edib. "Real"ın heyətində Serxio Ramos (55-ci dəqiqə) və Kazemiro (85) fərqləniblər.

Qeyd edilir ki, ispan komandasının heyətində ilk dəfə qapıçı dəyişikliyi baş verib. Belçikalı Tibo Kurtuanın əvəzinə meydançaya Alfons Areolya çıxıb. 

İspan klubu ardıcıl ikinci dəfədir ki, meydanı qələbəsiz tərk edir. 

Son xəbərlər

Orphus sistemi