Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaq

Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaq UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbol
639
24 Avqust , 2021 07:45
Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:2

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)

İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi