Çempionlar Liqası: Qrup mərhələsində son tur start götürür

Çempionlar Liqası: Qrup mərhələsində son tur start götürür Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunları keçiriləcək.
Futbol
8 Dekabr , 2020 07:30
Çempionlar Liqası: Qrup mərhələsində son tur start götürür

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start veriləcək.

"Report"un məlumatına görə, VI turun ilk oyun günündə E, F, G və H qruplarında baş tutacaq 8 matçdan sonra pley-offa adlayan və Avropa Liqasına vəsiqə qazanan növbəti komandalar müəyyənləşəcək.

E qrupunda bütün suallara aydınlıq gəldiyindən, oyunlar formal xarakter daşıyacaq.

F qrupunda İtaliya "Latsio"su ilə Belçika "Brügge"si Almaniyanın "Borussiya" (Dortmund) komandasından sonra 1/8 finala növbəti vəsiqənin sahibini müəyyənləşdirmək üçün üz-üzə gələcəklər.

G qrupunda İtaliyanın "Yuventus" klubu İspaniyada "Barselona" ilə liderlik oyununa çıxacaq. Digər matçda Macarıstan "Ferentsvaroş"u Ukraynada "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. Bu görüşün nəticəsi Avropa Liqasına yollanacaq komandanın adına aydınlıq gətirəcək.

Gecənin ən maraqla gözlənilən oyunlarından biri Almaniyada olacaq. H qrupunda yerli "Leyptsiq" İngiltərə təmsilçisi "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirəcək. Eyni - 9 xala malik komandalardan "qırmızı şeytanlar"a heç-heçə sərf etdiyi halda, meydan sahiblərini yalnız qələbə maraqlandırır. Qrupun digər matçında isə heç bir iddiası qalmayan Türkiyə "Başakşehir"i Fransada PSJ ilə qarşılaşacaq.

8 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

00:00. "Renn" (Fransa) - "Sevilya" (İspaniya)

00:00. "Çelsi" (İngiltərə) - "Krasnodar" (Rusiya)

Xal durumu: "Çelsi" - 13, "Sevilya" - 10, "Krasnodar" - 4, "Renn" - 1.

F qrupu

21:55. "Latsio" (İtaliya) - "Brügge" (Belçika)

21:55. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Borusssiya" D - 10, "Latsio" - 9, "Brügge" - 7, "Zenit" - 1.

G qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan)

00:00. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya)

Xal durumu: "Barselona" - 15, "Yuventus" - 12, "Dinamo" (Kiyev) - 1, "Ferentsvaroş" - 1.

H qrupu

00:00. PSJ (Fransa) - "Başakşehir" (Türkiyə)

00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 9, PSJ - 9, "Leyptsiq" - 9, "Başakşehir" - 3.

Turun digər 8 oyunu dekabrın 9-da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus" və Portuqaliyanın "Portu" klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi