Çempionlar Liqası: "Qarabağ" qol sayına görə ilk "3-lük"də yer alıb

Çempionlar Liqası: "Qarabağ" qol sayına görə ilk "3-lük"də yer alıb UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
28 İyul , 2022 09:49
Çempionlar Liqası: Qarabağ qol sayına görə ilk 3-lükdə yer alıb

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, "Qarabağ" qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.

"Köhlən atlar" 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç "Budö/Qlimt"i 12 qolla birinci, İslandiya "Vikinqur"u 10 qolla ikinci pillədə qərarlaşıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. "Budö/Qlimt"dən Viktor Bonifeys siyahıya başçılıq edir - 5.

Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi