Çempionlar Liqası: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Çempionlar Liqası: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin digər oyunları keçiriləcək.
Futbol
676
19 Avqust , 2020 07:30
Çempionlar Liqası: Bu gün Qarabağın rəqibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin digər oyunları keçiriləcək. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın da növbəti raunddakı rəqibi bəlli olacaq. 

I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış Ağdam təmsilçisi "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək. 

Matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan 12 komandanın adına aydınlıq gələcək. Təsnifat mərhələləri bir görüşdən ibarət olduğu üçün qaliblər II təsnifat mərhələsində, məğlub olanlar isə Avropa Liqasında mübarizəni davam etdirəcək. 

 Çempionlar Liqası

I təsnifat mərhələsi

19 avqust
19:00. “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
20:00. “Molde” (Norveç) - “KuPS” (Finlandiya)
20:30. “Flora” (Estoniya) - “Suduva” (Litva)
21:00. "Tselye" (Sloveniya) - “Dandolk” (İrlandiya)
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya)
21:00. "Ferentsvaroş" (Macarıstan) -  "Yurqorden" (İsveç)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
22:00. “Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan) 
22:00. "Konnas Ki" (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)
22:00. “Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq)
23:00. “Floriana” (Malta) - ÇFR (Rumıniya)

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ"dan başqa, Polşanın "Legiya", Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları da Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi