Çempionlar Liqası: "Qalatasaray" növbəti mərhələ şanslarını saxlamaq üçün qələbə qazanmalıdır - AFİŞA

Çempionlar Liqası: "Qalatasaray" növbəti mərhələ şanslarını saxlamaq üçün qələbə qazanmalıdır - AFİŞA Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.
Futbol
28 Noyabr , 2018 05:58
Çempionlar Liqası: Qalatasaray növbəti mərhələ şanslarını saxlamaq üçün qələbə qazanmalıdır  - AFİŞA

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.

"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı olacaq. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaq.

Qrupun digər matçında Portuqaliyanın "Portu" klubu doğma azarkeşlər önündə Almaniya "Şalke"si ilə üz-üzə gələcək. Meydan sahibləri bu görüşdə bir xal qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq 1/8 finala yüksələcək.

Günün mərkəzi qarşılaşması Fransada baş tutacaq. PSJ ilk iki pillələrdə qərarlaşan komandalardan uzaqlaşmamaq üçün İngiltərə "Liverpul"u ilə münasibətlərə aydınlıq gətirəcək.

Qrupun digər oyununda İtaliya "Napoli"si evdə Serbiynın "Srvena Zvezda" kollektivinin müqavimətini qırmağa çalışacaq.

Günün digər maraqla gözlənilən dueli İngiltərədə olacaq. "Tottenhem" İtaliya "İnter"i qarşılaşacaq. London təmsilçisi mütləq qələbə qazanmalıdırsa, italyanlara 1/8 final üçün heç-heçə də bəs edir. Qrupda növbəti mərhələni təmin edən İspaniya "Barselona"sı isə səfərdə Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, V tur

28 noyabr

A Qrupu

21:55. "Atletiko" (Madrid, İspaniya) - "Monako" (Fransa)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Brügge" (Belçika)

Xal durumu: "Borussiya" - 9, "Atletiko" - 9, "Brügge" - 4, "Monako" - 1

B Qrupu

00:00. "Tottenhem" (İngiltərə) - "İnter" (İtaliya)

00:00. PSV (Eyndhoven, Hollandiya) - "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" - 10. "İnter" - 7. "Tottenhem" - 4, PSV - 1

C qrupu

00:00. "Napoli" (İtaliya) - "Srvena Zvezda" (Serbiya)

00:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 6, "Napoli" - 6, PSJ - 5, "Srvena Zvezda" - 4.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)

00:00. "Portu" (Portuqaliya) - "Şalke" (Almaniya)

Xal durumu: "Portu" - 10, "Şalke" - 8, "Qalatasaray" - 4, "Lokomotiv" - 0. 

Son xəbərlər

Orphus sistemi