Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi

Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Futbol
1068
13 Avqust , 2020 00:58
Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi
0 : 00
0 : 00

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

İtaliya "Atalanta"sı Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Görüşdə hesabı 27-ci dəqiqədə "Atalanta"nın heyətində Mario Paşaliç açıb. İlk hissə bu hesabla başa çatıb. 90-cı dəqiqədə Markinyos tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Erik Şupo-Motinq PSJ-nin 2-ci qolunu vuraraq komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, PSJ yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. 

Orphus sistemi