Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha üç oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha üç oyunu keçiriləcək Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək.
Futbol
487
23 Sentyabr , 2020 07:30
Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha üç oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək. 

"Report"un məlumatına görə, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək. 

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. 

23 sentyabr

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək. 

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi